Qırmızı.az
“Hafka”nın villasını əlindən 2 milyona görə alırlar - TƏFƏRRÜATLAR
“Baghlan Group” un rəhbəri Hafiz Məmmədovla “Nikoyl Bank” arasında narazılıq dərinləşməkdədir. Hafiz Məmmədovun Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi 63 ünvanında yerləşən və dəyəri 3 milyon dollar qiymətləndirilən villasının qarşısına bu gün yenidən məhkəmə icraçıları və polis gəlib. Modern.az saytının məlumatına görə, iş adamına verilən müddət oktyabrın 1-də tamam olur.
Publika.az-a daxil olan məlumata görə, iş adamının banka borcu 2 milyon dollar həcmindədir. H.Məmmədov artıq 5 aya yaxındır ki, banka aylıq kredit ödənişini etmir.
O da məlum olur ki, iş adamı götürdüyü pulun müqabilində oğluna aldığı evi bankda girov qoyub. Krediti ödəyə bilmədikdə isə bank girov kimi evin müsadirə edilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Nəzərə çatdıraq ki, “Nikoyl Bank” ilk əvvəl özü informasiyanı mətbuata ötürsə də, hazırda bankın rəhbərliyi bu yöndə suallardan qaçırlar. Bazarda yüksək məbləğdə kredit verən bank kimi tanınan “Nikoyl Bank”ın əvvəllər də iş adamları, hətta millət vəkilləri ilə bu tip problemləri olub. Belə ki, bank bir qədər əvvəl deputat Rəfael Cəbrayılovu məhkəməyə vermişdi. Deputatın kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790 000 manat əsas borcu var idi. Faiz borcları isə 58 000 manat, gecikdirməyə görə hesablanmış borc 7722 manat təşkil edirdi. H.Məmmədovun gecikdirməyə görə hesablanmış borcunun 20 min manata yaxın olduğu irəli sürülür. Ən pisi də odur ki, iş adamı təkcə “Nikoyl Bank”a deyil, eyni şəkildə “Beynəlxalq Bank”a da borcludur. Bundan əlavə, səhm paketi özünə və oğullarına məxsus olan “Bank of Azerbaijan"nın özünün 700 milyon dollardan çox borcu var. Məhz bəlkə də bu səbəbdən bank 2012-ci ildən bu tərəfə audit hesabatını aparmır. Bankın veb səhfəsində sonuncu audit hesabatı 2011-2012-ci illəri əhatə edir.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Magazin105:15
Aynişan Maldivdə belə dincəlir - FOTO
-
ABŞ03:43
Tramp gitara satışına başladı
-
Səhiyyə01:41
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - FOTO
-
MDB00:45
Zaxarovaya brifinq zamanı SİRLİ ZƏNG - Xəbərdarlıq aldı / VİDEO
-
Sosial00:30
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Vəziyyət sizi pərdələnmiş tələyə sala bilər