PSJ gənc ulduzu ilə yeni müqavilə imzaladı: Maaşı da artdı
Bizi izləyin

İdman

PSJ gənc ulduzu ilə yeni müqavilə imzaladı: Maaşı da artdı

PSJ-nin yarımmüdafiəçisi Joao Neves klubla yeni müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Portuqaliyalı oyunçunun müqaviləsi bir mövsüm uzadılıb və indi anlaşma 2030-cu ilə qədər etibarlıdır. Mənbənin bildirdiyinə görə, əvvəlki müqavilənin (2029-cu ilə qədər) şərtləri futbolçunun maaşının artırılması ilə yenilənib.

Xatırladaq ki, 21 yaşlı Neveş 2024-cü ilin yayında "Benfika"dan Paris təmsilçisinə transfer olunub və debüt mövsümündə komandaya UEFA Çempionlar Liqası, Fransa çempionatı və ölkə kuboku qazanmaqda kömək edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm