Qırmızı.az
Etibar Mirzəyev: "Binadakı bütün insanlar təxliyyə olunub"
Fövqəladə Hallar Nazirliyi baş verən yanğın barədə məlumat yayıb.
Publika.az xəbər verir ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə yanğının dörd saata qədər davam etdiyini açıqlayıb.
“Hadisə barədə “112 Qaynar Xətt” xidmətinə 11:00-a məlumat daxil olub. Hadisə yerinə nazirliyin 40-a yaxın briqadası cəlb edilib, 3-cü dərəcəli çağırış elan edilib. Hadisə nəticəsində yaralananlar arasında FHN əməkdaşları da var”.
Onun sözlərinə görə, hazırda binanın daxilində insan qalmayıb, hamı təxliyyə olunub: "Yanğının belə gec söndürülməsinin (təqribən 4 saat) səbəbi yolda tıxacın olması olub, buna görə də yanğın briqadaları hadisə yerinə vaxtında çata bilməyiblər".
Nazir müavini bildirib ki, ekspertlər binaya dəymiş ziyanı qiymətləndirəcəklər: "Yanğının səbəbi araşdırılır. Binada qaz olmayıb, lakin yanğın zamanı qaz balonları bir neçə dəfə partlayıb".
E.Mirzəyev deyib ki, xəsarət alanlardan 25 nəfəri FHN əməkdaşları tərəfindən təxliyyə olunub: "Bütün mənzillərin qapıları açılaraq yoxlanlılıb. Mənzillərində qalıb kömək gözləyənlərin 80 faizi sağ qalıb, bloka çıxanlar isə tüstüdən boğulublar.
Gülnar
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
























.jpg)












