Sosial
Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron imzadan istifadə edərkən təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan elektron imzanın başqasına verilməsi həmin şəxslərə aid məlumatların üçüncü tərəflərin əlinə keçməsi riskini yaradır.
Publika.az xəbər verir ki, gücləndirilmiş elektron imzalar əl imzası ilə eyni hüquqi qüvvəyə malik olduğundan onun mühasib və ya digər şəxsə nəzarətsiz şəkildə ötürülməsi qurum rəhbərinin rəqəmsal kimliyinin sui-istifadəsinə yol aça bilər. Ümumi olaraq, elektron imza daşıyıcılarının və PİN kodunun başqasına həvalə edilməsi aşağıdakı riskləri və məlumatların ələ keçirilməsi təhlükəsini formalaşdırır:
- Adınıza şirkət açılması və qanunsuz pul köçürmələri
- Vergi borcunun yaranması
- Mülkiyyətinizdə olan ev, avtomobil kimi əmlak məlumatları (ünvanlar, qeydiyyatda olan şəxslər, alındığı tarix və s.)
- Laborotoriya analiz nəticələriniz
- Əməkhaqqı məbləğiniz, pensiya kapitalınız
- Verdiyiniz etibarnamələr
- Adınıza kredit götürülməsi
- Cəlb olunduğunuz məhkəmə işləri
- Sərhədkeçmə məlumatlarınız (tarixlər üzrə getdiyiniz ölkələr)
- Hərbi mükəlləfiyyətiniz, cərimələriniz və s.
Yuxarıda qeyd olunan risklərin qarşısını SİMA yeni nəsil rəqəmsal imza sayəsində almaq mümkündür. Belə ki, burada rəhbər şəxs tam elektron qaydada (kabinet.sima.az) şirkətin istənilən əməkdaşına öz elektron imzasını ötürmədən imza səlahiyyəti verə bilir. Səlahiyyət ötürülən şəxs isə sistemə öz rəqəmsal imzası ilə daxil olduğu üçün rəhbərə aid heç bir şəxsi məlumata baxa bilmir, yalnız daxil olduğu sistem üzrə əməliyyatları icra edə bilir. Əlavə olaraq, hansı əməliyyatın hansı işçi tərəfindən nə vaxt icra edildiyi sistem üzərindən izləmək mümkün olur. Bununla da şəxsi məlumatların kənar şəxslərin əlinə keçməsinin qarşısı alınır.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?



































.jpg)
