Region
Türkiyədə müxalif partiyalar yeni ittifaq yaradır
İyunun 24-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri öncəsi Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiya seçkilərlə əlqədar ittifaq yaratmaq barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, sözügedən ittifaqın yaradılması ilə bağlı protokolu Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün mayın 6-a qədər müddət qoyulub.
Hələ imzaların atılmadığı ittifaq protokoluna görə, partiyalardan CHP, İYİ Partiya və SP ilk turda prezidentliyə öz namizədlərini irəli sürəcəklər.
Əgər prezident seçkiləri ikinci tura qalarsa, o zaman bu 4 partiyanın namizədlərindən ilk turda ən yüksək səs alan şəxs adıçəkilən partiyaların vahid namizədi olacaq.
Tərəflər razılığa gəlsələr də hələ ki, ittifaqın yaranması ilə bağlı rəsmi imzalar atılmayıb.
Xəbərdə may ayının 3-də dörd partiyanın liderlərinin birlikdə mətbuat konfransı keçirəcəyi də qeyd edilib.
Könül Cəfərli
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





