Region
ABŞ-ın “S-400”-lərlə bağlı qorxusunun SİRRİ AÇILDI
“F-35” beşinci nəsil Amerika qırıcıları və Rusiyanın “Triumf” S-400 zenit-raket sistemlərinin Türkiyə tərəfindən alınması “stels” (gözəgörünməz) texnologiyasının məxfiliyini təhlükə altına qoya bilər.
Publika.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti bildirib.
“Mən müasir “F-35” təyyarələrinin Türkiyəyə verilməsini dəstəkləyirəm. Amma onlar Rusiyadan “S-400” sistemlərini əldə edərsə, bunun əleyhinəyəm. Bu addım Birləşmiş Ştatlar və müttəfiqlərimizin milli təhlükəsizliyini təhlükə altına qoya bilər”, - nəşr Amerika senatoru Kris Van Hollendən sitat gətirib.
O hesab edir ki, Ankaranın “S-400” sistemlərinə malik olması ruslara “F-35” qırıcı-bombardmançıların imkanlarını qiymətləndirməyə və onun zəif tərəflərini aşkar etməyə imkan verəcək.
Britaniya deputatı Mark Fransua da amerikalı həmkarı ilə razılaşıb. O vurğulayıb ki, Böyük Britaniya “F-35” layihəsinə böyük sərmayə qoyur və “stels” texnologiyası ilə əlaqədar zenith-raket sistemlərinin Türkiyəyə satışına qarşı çıxır.
“Bu, şübhəsiz ki, Britaniyanın Müdafiə Nazirliyində narahatlıq yaradacaq. Tamamilə görünür ki, ruslar onlardan istifadə etməyə çalışırlar”, - britaniyalı deputat hesab edir.
Qeyd edək ki, Türkiyə mümkün 100 “F-35”-dən 30-nu artıq sifariş edib. Qırıcı-bombardmançı “stels” texnologiyasından istifadə ilə layihələşdirilib və nüvə hərbi yüklərini daşımağa qadirdir. Qırıcının hazırlanması layihəsində ABŞ-la birlikdə səkkiz ölkə iştirak edir: Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç və Türkiyə. Bundan başqa, təyyarələr İsrail və Yaponiya alır.
Avropa və Avrasiya işləri üzrə ABŞ-ın dövlət katibinin köməkçisi Uess Mitçell iyunun 26-da xəbərdarlıq edib ki, Türkiyənin “S-400” sistemlərini əldə etməsi Ankara barəsində sanksiyaların tətbiqinə və ikitərəfli münasibətlərin keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq. Bundan başqa, Mitçell vurğulayıb ki, ABŞ “F-35”-lərin Türkiyəyə çatdırılmasından imtina edə bilər.
Ömər Dağlı
-
Hadisə02:42Xəzər dənizində zəlzələ baş verdi
-
ABŞ02:12Tramp süni intellekt şirkətləri rəhbərləri ilə görüşür
-
Qoroskop00:15Günün ULDUZ FALI
-
Magazin100:00"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
Ekologiya29 Sentyabr 23:36Naxçıvana ilk qar yağdı - VİDEO
-
Magazin229 Sentyabr 23:24Yaraşıqlı kişilərdə görün nələr çatışmır - Təşkilatçılar qadınlardan yardım istədilər
-
Nəqliyyat29 Sentyabr 22:48"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
İdman29 Sentyabr 21:48"Barselona", "Real Madrid" və PSJ onun uğrunda mübarizə aparacaq
































.jpg)