Region
Türkiyəyə qarşı XAİN ADDIM: gizli qrup... - ABŞ bu sənədə NƏ DEYƏCƏK? - FOTOFAKT
ABŞ PKK terror təşkilatına meydan açmaq üçün savaşa daxil edilən İŞİD terror təşkilatına silah-sursat çatdırıb.
Publika.az xəbər verir ki, Türkiyənin “Yeni Şəfəq” nəşri İŞİD-ə silah-sursat tədarükünün sənədlərini əldə edib.
1987-ci ildə Suriyada həbsxanada PKK terror təşkilatına qoşulan və 2012-ci ildə Bəşər Əsəd tərəfindən azad edilən Davud kod adlı terrorçu İŞİD-in silahla təchizatının detallarını danışıb.

Suriya daxilində 3 bölgədən İŞİD-ə ABŞ silahlarının çatdırıldığını deyən Davudun sözlərinə görə, Tenef-55, İraq və İordaniya sərhədlərinin kəsişdiyi Müselles və Rakkanın cənubi-şərqindəki Mansura bölgələri başlıca təchizat nöqtələri olaraq istifadə edilib. O, silahların çatdırılması prosesini koordinasiya edən gizli qrupun yaradıldığını, qrupun 2 ərəb və 3 kürddən ibarət olduğunu, rəhbərliyinə isə Əbu Xalid adlı bir ərəbin gətirildiyini ifadə edib.

Davudun sözlərinə görə, Türkiyə Suriyanın şimalında İŞİD terror təşkilatına qarşı əməliyyatlar keçirdiyi dövrdə Amerika silahları PKK tərəfindən İŞİD-ə çatdırılıb. Həmin vaxt Əl-Babın şimali-şərqində yerləşən Ümmü Cülud kəndi ərazisində 7 ayrı təslimat həyata keçirilib. Bunlardan bəzilərində PKK-çılar İŞİD-dən pul alıblar və təslimatın həyata keçirildiyini göstərən sənədləri imzalayıblar. İŞİD-in möhürünün olduğu bu sənədlərdə bəzi simvolik rəqəmlər yazılsa da, real xərclər heç vaxt əksini tapmayıb. Çünki verilmiş silah və sursatların dəyəri milyonlarla dollar təşkil edirdi.
Ömər
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq





























.webp)








