Region
Səudiyyə Qaşıqçının cəsədini Türkiyədən niyə gizlədir? - Ərdoğanın suallarındakı SİRLƏR
Türkiyəyə səfər edən Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib türk həmkarlarına İstanbulda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədinin harada olduğunu bildirməkdən imtina edib.
Publika.az xəbər verir ki, bu haqda “Hürriyət” qəzeti hökumətdəki mənbələrə istinadən bildirib.
Səud al-Muacib Türkiyəyə bazar günü gəlib. O, Qaşıqçının qətlinin araşdırılması çərçivəsində İstanbulun Baş prokuroru İrfan Fidanla iki dəfə danışıqlar aparıb, daha sonra Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna baxış keçirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Qaşıqçının cəsədinin yeri və qatillərə kömək edən yerli sakin haqqında Səudiyyə Ərəbistanının hakimiyyətinə suallar ünvanlamışdı. Qəzetin mənbəyinin məlumatına görə, al-Muacib yalnız cəsədin yeri haqqında informasiya verməkdən imtina etməyib, həm də cinayətin izlərinin gizlədilməsində Səudiyyə Ərəbistanından gələn 18 nəfərlik qrupa kömək göstərən Türkiyə vətəndaşının adını verməkdən imtina edib.

“Səudiyyə prokuroru Qaşıqçının bədəninin yeri haqqında informasiyanı türk həmkarlarından niyə gizlətdi? Çünki o, mümkündür ki, Türkiyəyə qətl haqqında işi açmaq üçün deyil, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı xilas etmək üçün gəlib”, - qəzet yazıb.
Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanının Baş prokuroru İstanbulda türk tərəfindən israrla Qaşıqçının telefonunu istəyib, lakin rədd cavabı alıb. Bu istək Türkiyə tərəfində ciddi narahatlıq yaradıb.
Qeyd edək ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı “Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.
Ömər Dağlı
-
Banklar 20:30Kartlardan pul silinməsi ilə bağlı Mərkəzi Bankdan açıqlama
-
Elm və təhsil20:10Qəbul imtahanının nəticəsi elan olundu
-
Magazin219:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı














.jpg)




















