Region
Qərbi ŞOKA SALACAQ ADDIM: türk hərbçiləri 45 il sonra bu əraziyə girdi
Şimali Kipr Türk Respublikası hökuməti 1974-cü ildən bağlanan və “kabus şəhəri” adlandırılan Maraşın açılması üçün səylərini artırıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Maraşın gələcəyini yaxından maraqlandıran inventar araşdırması üçün hazırlıq aparan qrup bu gün bölgəyə girib.
Şimali Kipr Türk Respublikasının Mağusa şəhərində yerləşən Qapalı Maraş bölgəsi 60-70-ci illərdə dünyanın ən böyük turizm mərkəzlərindən biri olub. Hətta otelləri və qumarxanaları ilə məşhur bu şəhər Aralıq dənizinin “Las Vegas”ı da hesab edilib.
Lakin bu gün Maraş , keçmiş yunan adı ilə Varoşa, Aralıq dənizi sahilində Kipr adasının insansız şəhərinə çevrilib. Maraş artıq el arasında “kabus şəhər” adlanır.
Maraşın taleyi Kipr müharibəsinin başlanması ilə dəyişdi. Kipr adasının Yunanıstana birləşdirilməsinin qarşısını almaq və Kipr türklərinə qarşı törədilən soyqırımın qarşısını almaq məqsədilə qarantör dövlət haqqından istifadə edən Türkiyənin müdaxiləsindən sonra Maraş Türkiyə Silahlı Qüvvələrinin (TSQ) nəzarətinə keçdi.
Burada həyat 1974-cü ildə necə dayanıbsa elə də qalıb. Təbiət şəhəri öz ağuşuna alıb və gizləyib. Həyatın durduğu bu şəhərin bir zamanlar dünyanın ən lüks turizm mərkəzlərindən biri kimi təsəvvür etmək belə olmur.
Bu şəhərə BMT qüvvələri, TSQ mənsubları və ordu evinin yanında yerləşən qız tələbə yataqxanasında qalan tələbələr xaricində, kiminsə girməsi qadağan idi.
Maraş TSQ-nin nəzarətinə keçdikdən sonra Kipr müzakirələrinin tərkib hissəsinə çevrilib. Anlaşmalar sonrası bölgə yerləşim və məskunlaşmaya qapalı elan edildi. Maraş Kipri ikiyə ayıran Yaşıl xətt zonasındadır.
Maraşın ərazi dəyəri 100 milyard dollardan artıq hesab edilir. Şəhərin turizm istiqamətində qurulması 1960-cı ildə başlanıb. Maraş təkcə 1973-cü ildə bütün Kiprin türizm sektorundakı toplam gəlirin 53,7%-ni təmin edirdi. 1970-ci illərdə Kipr adasındakı otellərin 50%-dən çoxu 6,5 km uzunluğunda dəniz sahilində yerləşən Maraşda idi.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp











.png)
















.jpg)
.jpg)





