Region
ABŞ Türkiyəni İŞİD-lə HƏDƏLƏDİ - Yaxın günlərdə DƏHŞƏTLİ HÜCUM BAŞLANIR (YENİLƏNDİ)
Pentaqonun Türkiyənin Suriyanın şimalında həyata keçirmək niyyətində olan hərbi əməliyyatda iştirak etməyəcəyi açıqlandıqdan bir neçə saat sonra Türkiyədən cavab reaksiyası gəlib.
Publika.az xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın məsələyə tvitter hesabından münasibət bildirib.
“Türkiyənin heç kimin torpağında gözü yoxdur. Suriyanın ərazi bütövlüyü çərçivəsində təhlükəsiz bölgə yaradılmasının iki məqsədi var: terror ünsürlərini təmizləyərək sərhədlərimizi təhlükəsiz etmək və qaçqınların təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin etmək. Türiyə güclüdür və qərarlıdır”-, Kalın bildirib.
***
08:00
Pentaqon Türkiyənin Suriyanın şimalında həyata keçirmək niyyətində olan hərbi əməliyyatda iştirak etməyəcək.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə və ABŞ prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Donald Trampın ötən gün etdiyi telefon söhbətindən sonra dərc edilmiş Ağ Evin press-relizində deyilir.
Vaşinqtonda təsdiq ediblər ki, Türkiyə tərəfindən planlaşdırılmış əməliyyat tezliklə başlanacaq.
"Türkiyə yaxın zamanda Suriyanın şimalında uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcək. ABŞ Silahlı Qüvvələri bu əməliyyatı dəstəkləməyəcək, ya da bu əməliyyatda daxil olmayacaq", - açıqlamada bildirilib.
Həmçinin, vurğulanıb ki, İŞİD-i məğlub edən ABŞ gücləri artıq bu bölgələrdə olmayacaq. Ağ Ev bildirib ki, indi Türkiyə son iki il ərzində əsir götürülmüş İŞİD-in bütün döyüşçüləri üçün məsuliyyət daşıyacaq.
İki gün əvvəl Ərdoğan bildirib ki, Suriyanın şimalında – Fərat çayının şərqində əməliyyat haqqında qərar yaxın günlərdə qəbul edilə bilər. O əlavə edib ki, bölgənin terror qruplaşmalarından təmizləməsi, təhlükəsizlik zonasının yaradılması və burada Türkiyədə olan suriyalı qaçqınların yerləşdirilməsi əməliyyatın hədəfi olacaq.
ABŞ tərəfindən dəstəklənən “Suriya Demokratik Gücləri” (əsas hissəsini kürd qruplaşmaları təşkil edir –red.) Mustafa Bali Türkiyəni "total müharibə” ilə hədələyib.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)


















.jpg)
.jpg)

