Region
Türkiyənin Müdafiə nazirinə hücum etdilər
Yunanıstanın Egey və Aralıq dənizindəki birtərəfli planlarını tənqid edən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar yunan mətbuatının hədəfinə çevrilib.
Publika.az xəbər verir ki, yunan adalarının qanunsuz silahlandırılmasına etiraz olaraq “bu addımlara icazə verməyəcəyik” deyən naziri həddini aşmaqda, Afinanın milli suverenliyini mühakimə etməkdə ittiham edirlər.
Yunanıstan Dövlət Agentliyi başda olmaqla, “Proto Thema”, “Vima”, “Kathimerini” kimi qəzetlər “Türk nazirdən təhrikedici açıqlamalar. Yunanıstanın sahibi olduğu adaları sahibi bəlli deyilmiş kimi göstərməyə çalışan Hulusi Akar ölkəmizin qanunsuz silahlandırılma apardığını iddia edəcək qədər irəli gedib” kimi iddialar dərc edib.
Qeyd edək ki, nazir məsələ ilə bağlı “Hürriyət”ə açıqlamasında bu sözlərə yer vermişdi: “23 adanın 16-sı razılaşmalara zidd olaraq 1936-cı ildən bəri silahlandırılır. Dünyanın heç bir yerində görülmədiyi formada quru suları sərhədi 6 mil olmasına rəğmən, hava məkanının 10 mil olduğunu iddia edirlər. Bu məntiqəuyğun deyil. Kiprdə, Şərqi Aralıq dənizində və Egeydə haqlarımızın qəsb edilməsinə göz yummayacağıq. Hər hansı formada haqlarımıza qarşı qərar verilməsinə icazə verməyəcəyik”.
Zümrüd
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO