Region
İran hazırdır - ABŞ-a ETİRAF
İran ABŞ-la bütün məhkumların dəyişdirilməsinə hazırdır.
Publika.az xəbər verir ki, bu sözləri İran hökumətinin sözçüsü Əli Rəbiyi deyib.
![]()
Paytaxt Tehranda təşkil edilən mətbuat konfransında məsələ ilə bağlı açıqlamalar verən mətbuat katibi bildirib ki, rəsmi Tehran ABŞ-da həbsdə qalan bütün iranlılar ölkəsinə qayıdana qədər mübadilənin davamını təmənna edir: “Daha əvvəl də dəfələrlə dediyimiz kimi, İran ABŞ-la bütün məhkumların mübadiləsinə hazırdır. Bu mövzuda hər hansı xırda çatışmazlıq ABŞ tərəfinə aiddir”.
Rəbiyi qeyd edib ki, ABŞ nüvə sazişinə geri qayıtdıqdan sonra dialoqlar bərpa edilə bilər.
Qeyd edək ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif 7 dekabr 2019-cu ildə sanksiyaları pozduğu ittihamı ilə 1 ildən çox ABŞ-da həbsdə qalan iranlı elm adamı Məsud Süleymaninin azadlığa çıxdığını açıqlamışdı. Zərif 2016-cı ildə casusluq ittihamı ilə həbs olunan çin əsilli ABŞ vətəndaşı Xiyue Vanqın qısa müddət ərzində ölkəsinə geri qayıdacağını ifadə etmişdi. ABŞ-da nəzarətdə saxlanılan zaman koronavirusa yoluxan və daha sonra azadlığa çıxan elm adamı Sirus Əsgəri isə 3 iyunda ölkəsinə geri qayıdıb. Bunun ardınca 683 gün İranda həbsdə qalan sabiq Hərbi Dəniz Qüvvələri əməkdaşı Maykl Uayt da 1 gün sonra azadlığa çıxmışdı. 16 ay ABŞ-da həbsdə qalan iranlı elm adamı Məcid Tahiri Uaytın azadlığa çıxmasından sonra sərbəstliyinə qovuşmuşdu.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
