Region
Türkiyə ordusu 700-dən çox hədəfi MƏHV ETDİ
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən İraqın şimalında icra edilən "Pəncə-Qaplan" əməliyyatı başlanandan bəri 700-dən çox hədəfin vurulduğunu bildirib.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, H.Akar və TSQ komandirlər heyəti "Pəncə-Qaplan" əməliyyatını gecəboyu sərhəd hərəkat mərkəzindən idarə edib və neytral zonadan Siyah Qaya hərbi bazasına gedərək əməliyyat bölgəsini yerində araşdırıblar.
Milli müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi general Yaşar Gülər, quru qüvvələri komandiri general Ümit Dündar, hava qüvvələri komandiri general Həsən Küçükakyüz, dəniz donanması komandiri admiral Adnan Özbal və İkinci Ordu komandiri general-leytenant Sinan Yayla ilə birlikdə sərhəd bölgəsində araşdırma və nəzarət görüşləri keçirib.
Gecə boyu ərazidəki son vəziyyəti yaxından təqib edən H.Akar Pəncə-Qaplan əməliyyatının planlandığı kimi müvəffəqiyyətlə sürdüyünə diqqət çəkərək deyib:
“Bu ana qədər terrorçuların yuvalarına, mağaralarına girdik, bunları başlarına yıxdıq və belə də davam edəcək. Əməliyyat başlanandan bəri təxminən 150 mağara basmış, qurduqları 160 əl qumbarası və mina məhv etmiş, çox sayda silah-sursat ələ keçirmiş, hava və qurudan 700-dən çox hədəfi vurmuşuq."
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO











.jpg)






.jpg)

















.jpg)


