Region
Türk general komandanlarını toplayıb Ermənistana ULTİMATUM yolladı: Silahlı Qüvvələrimiz və...
“Bu pusquda boğulacaq və gördükləri işin cavabını mütləq verəcəklər”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovla rəsmi görüşündə deyib.

Ermənistanın Azərbaycanla sərhədinin Tovuz rayonu istiqamətində 12 iyuldan etibarən həyata keçirdiyi təxribat haqqında danışan türk nazir bildirib ki, Azərbaycanın kədəri Türkiyənin kədəridir: “Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk. Qanlarının yerdə buraxılmayacağından əmin olduğumuzu ifadə etmək istəyirəm. Azərbaycanın Tovuz bölgəsində gerçəkləşdirilən hücumu şiddətlə qınayırıq. Orada yaşadığınız bütün ağrıların burada çox dərin şəkildə hiss edildiyini hamınızın bilməsini istəyirəm”.
H.Akar qeyd edib ki, Dağlıq Qarabağ heç bir hüquqi səbəb olmadan və qanunazidd şəkildə işğal olunub, bu, Türkiyə üçün qəbuledilməzdir: “Qəbul etməyimizin mümkün olmadığını hər platformada söylədik, söyləməyə də davam edəcəyik. Bu mövzuda azərbaycanlı qardaşlarımızın, igid insanların verəcəyi bütün mübarizələrdə onlarla birgə olduğumuzu cənab prezidentimiz başda olmaqla, Türkiyədə hərbi və mülki hər kəs ifadə edir, bütün xalqımız bu duyğu və düşüncəni paylaşır. Buna bütün qəlbimizlə inanırıq ki, biz iki dövlət, bir millətik. Dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir, bərabərdir. Kədərdə və qürurda birlikdəyik. Cənab prezidentimizin ilk andan etibarən ifadə etdiyi kimi, bu, həqiqətən də, ermənilərin boyundan böyük təşəbbüsdür”.
Nazir vurğulayıb ki, Türkiyə Respublikası və Türkiyə Silahlı Qüvvələri əlindən gələn nə varsa, etməyə davam edəcək: “Bundan kimsənin şübhəsi olmasın!”.
Qeyd edək ki, görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Quru Qoşunları komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal da iştirak edib.
Zümrüd
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı






.jpg)































