Region
Altun: "Türkiyә dünyaya çox dәqiq mesaj verib"
"Türkiyә hәr zaman diplomatiyanın tәrәfdarıdır"
Publika.az xəbər verir ki, bunu Türkiyə Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun Şәrqi Aralıq dәnizi mәsәlәsi üzrә keçirilən beynәlxalq konfransda çıxışı zamanı deyib.
Altun bildirib ki, Şәrqi Aralıq dәnizi növbәti qarşıdurma nöqtәsi kimi qiymәtlәndirənlər var:
"Şәrqi Aralıq dәnizi Türkiyә üçün "Mavi Vәtәn"imizin bir parçasını tәşkil edir. Türkiyә son aylarda dünyaya çox dәqiq mesaj verib. Beynәlxalq hüququn bizim yanımızda olduğunu bilirik. Sәsi әn çox çıxanın hәr zaman haqlı olmadığını da yaxşı bilirik. Bu sәbәbdәn Türkiyә Prezident Cәnab Rәcәb Tayyib Әrdoğanın liderliyi ilә hәr zaman diplomatiyanın tәrәfdarıdır’’.
Altun sözlərinə görə, Prezident Әrdoğanın qәtiyyәti vә NATO-nun Baş katibi Yens Stoltenberq, Almaniya kansleri Angela Merkel, Avropa İttifaqı Şurasının sәdri Şarl Mişelin yardımları ilә dialoq vә diplomatiyaya zәmin hazırlanır.
Yunanıstan ilә araşdırma görüşlәrinin başlamasından mәmnun olduğunu bildirәn Altun deyib:
"Qarşıdakı günlәrdә Şәrqi Aralıq dәnizindәki gәrginliyin sәviyyәsi azaldılmalıdır. Әdalәtli vә davamlı hәll yolu üçün әldә olunan ilәlilәyişi birlikdә qorumalıyıq’’.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
