Region
Mülki əhalinin vurulması Türkiyəni HİDDƏTLƏNDİRDİ: Ərdoğanın liderliyi ilə...
Ermənistanın təcavüzkar mövqeyi Cenevrə razılaşmalarının açıq-aşkar pozulmasıdır.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun Tvitter paylaşımında qeyd edib.

Altun bildirib ki, dünya ictimaiyyəti Azərbaycanın məqsədinin cəbhə xəttində yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğal altındakı ərazilərini azad etmək olduğunu bilməlidir: “Bu prosesdə hər məsuliyyətli dövlətin etdiyi kimi qardaş Azərbaycanın da bütün diplomatik, bərabər və ədalətli cəhdlərini müşahidə edirik. Azərbaycanın beynəlxalq hüquqa hərfi-hərfinə riayət etdiyini açıq şəkildə görürük. Ümid edirik ki, bu gün keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasında həll yolu üçün zəmin yaranıb”.
F.Altun qeyd edib ki, Türkiyənin bu mövzudakı bütün cəhd və işləri qardaş ölkə Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarması və beynəlxalq çərçivədə haqqını, hüququnu qorumaq istiqamətində olacaq: “Qlobal güclərə mövzuya ədalətli yanaşma çağırışı edirik. Tərəfdaşlıq etmədən hərəkət etmək və siyasi balansı izləmək uğruna təcavüzkar ilə günahsızı bərabərləşdirmək xətasına qətiyyən yol verilməməlidir. Cənab prezidentimizin liderliyi ilə dövlətimiz bütün qətiyyətilə qardaş və dost Azərbaycanın yanındadır. Beynəlxalq platformada Azərbaycana qarşı ən xırda haqsızlığın qarşısında səsimizi ən gur şəkildə çıxaracağımıza kimsənin şübhəsi olmasın”.
Prezident administrasiyasının rəsmisi Ermənistanın hücumları nəticəsində bu günə qədər dünyasını dəyişən azərbaycanlı şəhidlərə Allahdan rəhmət, yaxınlarına və qardaş Azərbaycan xalqına başsağlığı diləyib.
Zümrüd
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi


































.jpg)


