Region
176 nəfərin öldüyü “qəza”nın istintaqı yekunlaşdı - RƏSMİ
İran Ukrayna Xarici İşlər naziri Dmitri Kulebaya Kiyevin Tehrandan Ukraynanın “Boeing” təyyarəsinin qəzaya uğraması ilə bağlı texniki hesabat almadığı iddiasına cavab verib.
Publika.az-ın məlumatına görə, qəza ilə bağlı istintaqın başa çatdığı bildirilib.
İranın Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami qeyd edib ki, istintaqın yekun hesabatı həm ingilis, həm də fars dilində çap olunub və iştirak edən bütün tərəflərə təhvil verilib.
Qeyd edək ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” tipli təyyarə 8 yanvarda Kiyevə uçmaq üzrə Tehran hava limanından qalxdıqdan bir müddət sonra qəzaya uğramışdı. Nəticədə təyyarədəki 176 nəfərin hamısı ölmüşdü. Ölənlər İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları idi. 11 yanvarda İran hərbçiləri Ukraynanın təyyarəsinin “təsadüfən” vurulduğunu, günahın insan amilində olduğunu açıqlamışdı. Belə ki, təyyarə İran hərbi obyektinin yaxınlığından uçubmuş və qanadlı raketlə səhv salınıbmış. Eyni zamanda, İran həmin ərəfələrdə ABŞ-dan hücum gözlədiklərini, bununla əlaqədar olaraq ölkənin hava hücumundan müdafiə sistemlərinin tam döyüş hazırlığına gətirildiyini qeyd etmişdi.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
