Region
SON DƏQİQƏ: Türkiyə Azərbaycanla birgə təlimlərə başlayır
Türkiyə Silahlı Qüvvələrinin ən əhatəli qış təlimi 1-12 fevral tarixlərində Qarsda keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Silahlı Qüvvələrinin də iştirak edəcəyi “Qış 2021” təlimində tank bölükləri, artilleriya batareyaları, snayper komandaları, Xüsusi Təyinatlı Komandanlıq heyəti, komandanlar və helikopterlər iştirak edəcək.
Təlim birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanı təmin etmək, inventarda olan, inventarda yeni və ya müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını sınamaq məqsədi daşıyır. Bundan əlavə, qarda və şiddətli soyuqda atəş açmaq, qış şəraitində təlim səviyyəsini yüksəltmək, çöldə yerləşmə, tədarük və istismar işləri, qış şəraitində komandanlıq idarəetmə sistemlərinin işini təmin etmək daxil olmaqla, qoşunların döyüş qabiliyyətini sınamaq təlimin digər məqsədlərindəndir.
Tank birlikləri ilə yanaşı hava hücumu əməliyyatları, hava nəqliyyatı və logistik dəstək əməliyyatlarının həyata keçiriləcəyi təlimlərdə artilleriya batareyaları və minaatan dəstləri də iştirak edəcək.
Akqabay
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
-
Rəsmi xronika12:42Prezident ona yüksək vəzifə verdi - FOTO
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR
-
Nida Xəbər 10:24Əli Əsədov sərəncam imzaladı
-
MDB09:30Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
-
Dünya09:00Hörmüz boğazını İran idarə edəcək - Qalibaf
-
Ekopublika.az08:49Paytaxtda ev almaq istəyənlərin diqqətinə: qiymətlər kəskin dəyişəcək



































