Region
Türk həkimlər 5 qazimizi belə sevindirdi - FOTO
İkinci Qarabağ müharibəsində yaralanaraq bədən üzvlərini itirən əsgərləri və mina təmizləmə xidmətinin əməkdaşlarını protezlə təmin etmək üçün başladılan layihə çərçivəsində 5 qazi İstanbula aparılıb.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.
Bildirilir ki, daha öncə Bakıda "3D" skaynerdən istifadə olunaraq alınan ölçülərlə hazırlanan protezlər qazilərə taxılıb. Onlar fiziki müalicə və reabilitasiya müddəti başa çatdıqdan sonra Azərbaycana qayıdacaqlar.
AID Protez Mərkəzlərinin koordinatoru Prof. Dr. Yaşar Tatar Qarabağ mübarizəsinin türklər və müsəlmanlar üçün çox əhəmiyyətli olduğunu və torpaqların uzun illər sonra döyüşərək geri alındığını söyləyib:
"Böyük müvəffəqiyyətin yanında kədər də var. Müharibədə təxminən 1200 şəxs əzalarını itirib. Bu vəziyyəti görəndə Azərbaycanın yanında olmaq istədik. Öncə qazilərimizi tez bir zamanda ayağa qaldıra bilmək üçün nə edə biləcəyimizi düşündük. Azərbaycanın səlayiyyətli şəxsləri ilə əlaqə saxladıq. Dedik ki, biz sizin yanınızdayıq. Bizdən nə istəsəniz edəcəyik. İstəsəniz gəlib Azərbaycanda mərkəz quraq, istəsəniz öyrədək, istəsəniz ölçüləri götürüb protezləri düzəldək. Əvvəlcə 15 protez üçün kömək etməyimiz istənildi. Biz dərhal protezi hazır olan 5 nəfəri Türkiyəyə gətirdik. Dostlarımız keçən həftə ərzində Türkiyəyə gəldilər. 8 gün ərzində 5 nəfər üçün keyfiyyətlə 6 protezi tamamladıqdan sonra ölkələrinə göndərməyi planlaşdırırıq. Yüksək texnologiyalı protez istifadə edildi. Gördüyünüz kimi ilk həftədə idman edə bilirlər".
Hüseyn
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi


































.jpg)


