Region
Türkiyədə “Bir millət, iki dövlət” mövzusunda videokonfrans keçiriləcək - FOTO
Mayın 17-də Türkiyənin paytaxtı Ankarada Azərbaycanın dövlət müstəqilliyimizin 103-cü ildönümü münasibətilə Azərbaycan-Türkiyə münasibətləri və ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Bir millət, iki dövlət” mövzusunda videokonfrans keçiriləcək.
Publika.az xəbər verir ki, sosial şəbəkə profillərindən yayımlanacaq videokonfransda 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol, tarixi dövlətçiliyin əsasları, AXC-nin süqutunun səbəbləri, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası və Azərbaycan-Türkiyə münasibətlərinin bərpasına yönəlik fəaliyyəti kimi məsələlərdən bəhs olunacaq.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attarın sədrliyi ilə keçiriləcək videokonfransda Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Erenin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00-da) başlayacaq videokonfrans izləyicilər üçün açıqdır.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

