Region
Türkiyə ordusundan əməliyyat: 5 terrorçu MƏHV EDİLDİ - FOTO
Türkiyənin təhlükəsizlik qüvvələri axtarışda olan daha bir terrorçunu xüsusi hazırlanmış antiterror əməliyyatı nəticəsində məhv edib.
Publika.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, “Zagros” ləqəbli Səlahəddin Dədə və onunla birlikdə olan daha dörd PKK/YPG üzvü İraqın şimalındakı Mangeş kəndi ərazisində zərərsizləşdiriliblər.
Həmin terrorçuların şəxsiyyətinin müəyyənləşdirilməsi nəticəsində məlum olub ki, “Dilgəş” ləqəbli Mehmet Emin Alkaş və “Dara Beritan” ləqəbli Babek Ebdilselendeci də məhv edilənlər arasındadır. Üçüncü və dördüncü terrorçunun şəxsiyyəti hələ müəyyənləşdirilməyib.
Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı terrorçu Səlahəddin Dədəni Suriyadan İraqa gələrkən izləməyə nail ola bilib. Mayın 19-da Suriyanı tərk edən terrorçunun Türkiyə Silahlı Qüvvələrinin “Pəncə-Şimşək” antiterror əməliyyatı keçirən birləşmələrinə qarşı terror aktı planladığı məlum olub. Təxminən on ildir terrorçuluq fəaliyyəti ilə məşğul olan Səlahəddin Dədə 2012-2015-ci illərdə Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonu ərazisində bir sıra silahlı hücumların təşkilində fəal iştirak edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)






















.jpg)
.jpg)
