Region
Rusiya hökumətinə ÇAĞIRIŞ: Türkiyə ilə bağlı təcili qərar verin!
1 iyuna qədər qadağan olunan Türkiyə çarter uçuşlarının taleyi məsələsinin ən gec 28 may tarixində elan edilməsi gözlənildiyi halda, bu barədə qərar verilmədiyi üçün Rusiya turizm sektoru hərəkətə keçib.
Publika.az xəbər verir ki, Rusiya Tur Operatorları Birliyi (ATOR) koronavirus dövründə bütün qərarları qəbul etmək üçün yaradılan əməliyyat-koordinasiya mərkəzinə məktub göndərib və şikayətlərin artmaması üçün qərarın dərhal bildirilməsi tələb edilib.
Göndərilən məktubda koronavirus əməliyyat mərkəzinin rəhbəri, Baş nazirin müavini Tatyana Qolikovadan 1 iyundan sonra Türkiyəyə uçuşlarla bağlı hökumətin qərarı barədə rəsmi məlumat istənilib.
Türkiyəyə uçuşlarda məhdudlaşdırma müddətinin bir neçə gün ərzində bitəcəyi xatırladılıb, lakin tur operatorlar və turistlər haqqında hələ də məlumatın olmadığı vurğulanıb. Bu səbəbdən həm şirkətlərin, həm də turistlərin plan qura bilmədikləri ifadə edilib.
Birliyin mətbuat katibi İrina Turina qeyd edib ki, təcili olaraq məhdudiyyətlərin uzadılması və ya qaldırılması barədə məlumat verilməlidir:
"İnsanlar həyatlarını hansı məlumatlara əsaslanaraq necə planlaşdırmalıdırlar? 1 iyundan sonra Türkiyəyə uçuşlar var, yoxsa yoxdur? Məhdudiyyətlərin uzadılması və ya qaldırılması barədə bizə məlumat verin, insanların indi bunu bilmək hüququ var. Proseslər tamamilə donub, heç kim nə edəcəyini, necə davranacağını bilmir. Biz bu vəziyyətdə məktubumuza cavab tələb edirik".
Akqabay
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
































