Region
Türkiyəyə qarşı hazırlanmış XAİN PLAN: MİT hərəkətə keçdi
İŞİD terror təşkilatının qırmızı kateqoriyada axtarışa verilən, “Türkiyə əmirliyinin lideri” adlandırılan Qasım Gülər Suriyada keçirilən əməliyyatda tutularaq Türkiyəyə gətirilib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, əməliyyatı Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) keçirib.
Axtarılanlar siyahısında olan Gülərin İŞİD-dəki kod adı Əbu Usamə əl-Türki olub.
Terrorçunun rəhbərliyi ilə Türkiyəyə qarşı rezonans doğuracaq qanlı plan hazırlığı apardığı, lakin əməliyyatla bunun qarşısının alındığı bildirilir.
Bundan əvvəl Qasım Gülər silah və partlayıcı maddələrlə qanunsuz olaraq Türkiyəyə keçməyə hazırlaşdığı barədə kəşfiyyat məlumatı əldə olunub.
Uzun müddətdir MİT tərəfindən izlənilən Gülər Suriyada aparılan əməliyyatda yaxalanaraq dindirilmək üçün Türkiyəyə gətirilib.
Gülər 2008-2010-cu illər arasında Əfqanıstan və Pakistana gedib, münaqişə bölgələrində fəaliyyət göstərib və 2014-cü ildə İŞİD-ə qoşulub. O, eyni zamanda, İŞİD-in Rusiya, Türkiyə və Avropa ölkələrindəki şəbəkələrinin maliyyə işlərinə cavabdehmiş.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

