Region
Ukrayna və Türkiyədən YENİ UĞUR: "Bayraktar Akıncı" 11500 metr yüksəkliyi fəth etdi
Ukraynanın “İvchenko-Progress” Dövlət Müəssisəsi tərəfindən hazırlanmış və Türkiyəyə gətirilən AI-450 mühərrikləri “Bayraktar Akıncı” pilotsuz uçuş aparatını (PUA) 11500 metr yüksəkliyə qaldırıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Baykar Makina” şirkətinin mətbiat xidmətinin press-relizində, PUA-nın 25 saat 46 dəqiqə havada olduğu və Türkiyə aviasiya tarixinin hündürlük rekordunu qırdığı bildirilir. Eyni zamanda, PUA bu müddət ərzində faktiki olaraq 7507 kilometr uçub.
Qeyd edilir ki, ilk dəfədir ki, milli aviasiya vasitəsi bu hündürlüyə qalxıb.
Xatırladaq ki, “Bayraktar Akıncı” PUA, daxili yükü 450 kq və xarici yükü 900 kq olmaqla, 1350 kq ümumi yükdaşıma qabiliyyətinə malikdir. Hər biri 450 at gücündə (340 kVt) iki turbovintli mühərriklə işləyən PUA-nın maksimal havaya qalxma kütləsi 5.5 tondur. 20 m qanad açıqlığı ilə, hər biri 200 at (150 kVt) və ya 750 at (560 kVt) gücünə malik daha iki mühərriklə konfiqurasiya ediləcək şəkildə layihələndirilib.
Hüseyn
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
















.jpg)


















.jpg)


