Region
Gürcüstandan Rusiya XİN-in bəyanatına etiraz etdi
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya XİN-nin ötəngünkü bəyanatına etiraz edib.
Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin NATO-nun 2008-ci il Buxarest sammitində Gürcüstan və Ukraynanın NATO-ya üzv olması ilə bağlı verdiyi qərarının ləğvi tələbinə Gürcüstan Xarici İşlər Nazirliyi etiraz edib.
Bəyanatda Rusiyanın bu hərəkətinin Gürcüstan Xarici İşlər Nazirliyi üçün qəbuledilməz olduğu vurğulanıb:
"NATO-ya üzvlük Gürcüstan əhalisinin əksəriyyətinin sarsılmaz iradəsinə əsaslanan Gürcüstanın suveren qərarıdır. Bu məqsəd Gürcüstan Konstitusiyasında da öz əksini tapıb. Qeyd edək ki, Buxarest sammitində qəbul edilən qərar NATO-nun 2008-ci ildən sonra keçirilən bütün sammitlərində təkrarlanıb. NATO-nun 2021-ci ildə Brüsseldə keçirilən sammitində qəbul edilmiş kommunikedə vurğulanır ki, üçüncü tərəfin Buxarest sammitinin qərarına yenidən baxılması ilə bağlı istənilən bəyanatı beynəlxalq hüququn başlıca prinsip və normalarına ziddir və XİN üçün qəbuledilməzdir".
Xatırladaq ki, NATO-nun 2008-ci ilin 3 aprel tarixində keçirilən Buxarest sammitində Gürcüstan və Ukraynanın NATO-ya üzv olacağı ilə bağlı qərar verilib.
Tural Turan
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































