Region
İzmirdə kömür mədəni ÇÖKDÜ: çox sayda xəsarət alan var - (YENİLƏNDİ)
Türkiyənin İzmir vilayətində kömür mədəninin çökməsi nəticəsində xəsarət alanların sayı artıb.
Publika.az bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Kocaya istinadən xəbər verir.
Nazir özünün "Twitter"dəki hesabında yaralı sayının 45 nəfərə çatdığını bildirib.
“İzmirdə, Kınıkda mədəndə çökmə nəticəsində yaralanan 18 nəfər Kınıkda, 6 nəfər Berqamada, 21 nəfər isə Soma Dövlət Xəstəxanasında müalicə olunur. Hadisə yerinə 14 təcili yardım maşını, 2 UMKE (Milli Tibbi Xilasetmə Qrupu), ümumilikdə 48 səhiyyə işçisi ayrılıb”, - Fahrettin Koca sosial şəbəkədəki hesabında yazıb.
Hadisə ilə bağlı ilkin məlumatda qeyd edilirdi ki, mədəndə partlayış baş verib. Qəza zamanı mədəndə 50-yə yaxın işçi olub, onlardan bəziləri zəhərlənib. Mədən qəzası zamanı ölən olmayıb.
Əraziyə İzmir və Manisa vilayətlərinin təcili tibbi yardım briqadaları cəlb edilib.
xxx
03:30
Türkiyənin İzmir vilayətinin Kınık rayonunda kömür mədəninin çökməsi nəticəsində xəsarət alanların sayı 45-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Koca öz rəsmi "Twitter" hesabında yazıb.
"İzmirin Kınık rayonunda mədəndə çökmə nəticəsində yaralanan 18 nəfər Kınık, 6 nəfər Berqama, 21 nəfər isə Soma Dövlət Xəstəxanasına yerləşdirilib. Yaralıların sayı 45-ə çatıb. Hadisə yerinə 14 təcili yardım, 2 UMKE (Milli Tibbi Xilasetmə Qrupu) və ümumilikdə 48 tibb işçisi cəlb olunub", - deyə nazir bildirib.
xxx
01:21
İzmirin Kınık rayonunda kömür mədəninin ocağında baş verən çökmə nəticəsində xəsarət alanların sayı artıb.
Publika.az xəbər verir ki, "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı yaranan tüstü dumanından zərərçəkənlərin sayı 22-yə yüksəlib.
xxx
18.12.2021 - 23:31
Türkiyənin İzmir vilayətinin Kınık rayonunda kömür mədəninin ocağında çökmə baş verib.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı yaranan tüstü dumanından 7 nəfər zərər çəkib. Onlar təcili yardım maşınları ilə müxtəlif xəstəxanalara aparılıblar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)


















.jpg)
.jpg)

