Region
"Pəncə-Kilit" antiterror əməliyyatları zamanı 277 terrorçu MƏHV EDİLİB - AKAR
Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında aparılan “Pəncə-Kilit” antiterror əməliyyatları bölgəsində indiyədək 277 terrorçu zərərsizləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib.
Nazir Akar türk əsgərlərinin bölgədəki sərt hava, eləcə də ərazi şərtlərinə baxmayaraq böyük qəhrəmanlıq və fədakarlıq tələb edən əməliyyatları uğurla davam etdirdiklərini vurğulayıb. Milli müdafiə naziri bildirib ki, son terrorçu zərərsizləşdirilib, 85 milyonluq Türkiyə sərhədlərinin təhlükəsizliyi tam təmin olunanadək mübarizə davam edəcək.
Suriyanın şimalında son vaxtlar artan terror hücumlarına diqqət çəkən nazir H.Akar Mənbic və Tel Rıfatda bəzi təxribatlara əl atıldığını qeyd edib. O, terrorçuları zərərsizləşdirmək üçün bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Türkiyə Silahlı Qüvvələrinin tək hədəfinin terrorçular olduğunu vurğulayan nazir deyib: “2015-ci il iyulun 24-dən indiyədək 35 min 268 terrorçu zərərsizləşdirilib. Suriya və İraqın şimalında ilin əvvəlindən bu yana 1999, “Pəncə-Kilit” antiterror əməliyyatları bölgəsində isə 277 terrorçu məhv edilib”.
Ukrayna limanlarından taxıl yüklü gəmilərin boşaldılması üçün yaradılması planlaşdırılan “taxıl dəhlizi” ilə bağlı danışan nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ərzaq böhranının həllinə dair diplomatik səyləri və göstərişləri əsasında keçirilən görüşlərin müsbət istiqamətdə irəlilədiyini bildirib.
Türkiyənin tərəflərlə danışıqlarını davam etdirərək “asanlaşdırıcı” rolunun tələblərini yerinə yetirməyə davam etdiyini qeyd edən nazir bildirib ki, Ukrayna limanlarında milyonlarla ton taxıl gözləyir. Bu məsələnin həlli istiqamətində həm Rusiyanın, həm Ukraynanın, həm də BMT-nin nümayəndəsi ilə görüşlər keçirilir. Türkiyə bu, dördtərəfli görüşlərdə milyonlarla ton taxıl və digər ərzaq məmulatlarının müvafiq şəkildə planlaşdırılan ünvanlara daşınması üçün əlindən gələn bütün səyləri göstərir. Yaxın günlərdə bununla bağlı bəzi müsbət irəliləyişlər gözlənilir.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO











.jpg)






.jpg)

















.jpg)


