Region
Şentop 13 müsəlman həmkarına zəng etdi
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün 13 ölkənin senat vә mәclis sәdrlәrini Qurban bayramı münasibәtilә tәbrik edib.
Publika.az xəbər verir ki, parlement sədri Mustafa Şentop Özbəkistan Qanunvericilik Məclisinin sədri Nurdincan İsmailov, Özbəkistan Senatının sədri Tənzilə Narbayeva, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş, Malayziya Nümayəndələr Palatasının sədri Tan Sri Azhar Azizan Harun, Qazaxıstan parlamentinin sədri Yerlan Koşanov, Şimali Makedoniya parlamentinin sədri Talat Caferi, İraq Nümayəndələr Palatasının sədri Məhəmməd Halbusi, Səudiyyə Ərəbistanı Şura Mәclisinin sәdri Abdullah ibn Mәhәmmәd Əl Şeyx, ŞKTC Cümhuriyyət Parlamentinin sədri Zorlu Töre və Qətər Şura Mәclisinin sədri Həsən ibn Abdulla Əl-Qanimlә telefon әlaqәsi saxlayıb.
Mustafa Şentopun bayramın üçüncü günü Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə telefon әlaqәsi saxladığı vә ikitərəfli və regional məsələlərdə əməkdaşlığın әhәmiyyәtini vurğuladığı bildirilib.
Mustafa Şentop dünən Qırğızıstan parlamentinin sədri Talant Mamitov və Liviya Ali Dövlət Şurasının sədri Xalid Əl-Məşri ilə də telefonla görüşüb.
Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid et-Talbi əl-Alemi ilə keçirilәn görüşdə isә Türkiyə ilə Mərakeş əlaqələrinin bölgənin sülh, sabitlik və rifahına verdiyi töhfə vurğulanıb.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)