Region
Bakı ilə Cakarta arasında əməkdaşlığın perspektivləri
Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev ilə İndoneziyanın Nəhdlətul Ulamə təşkilatının (NU) İdarə Heyətinin sədri K.H.Yahya Cholil Staquf arasında NU-nun Cakartada yerləşən mənzil-qərargahında görüş keçirilib.
Publika.az bildirir ki, görüşdə NU ilə ölkəmizin müvafiq qurumları arasında münasibətlərin yaradılması və inkişafı məsələləri müzakirə edilib.
Səfir Cəlal Mirzəyev ölkəmiz haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, digər dinlərin nümayəndələri də burada qarşılıqlı anlaşma və sülh şəraitində yaşayırlar.
O, Azərbaycanın multikultural dəyərlərə malik tolerant bir ölkə olduğunu, bütün dinlərə böyük diqqət və qayğı ilə yanaşıldığını, digər dinlərdən olanların dini mərasimlərini, ayinlərini keçirmələri ilə bağlı heç bir məhdudiyyətin olmadığını qeyd edib: “Ölkəmizdə məscidlərlə yanaşı kilsələrin və sinaqoqların da mövcuddur”.
Səfir cari il noyabrın 2-3-də İndoneziyanın G20-yə sədrliyi çərçivəsində Balidə keçiriləcək R20 Dinlərarası Forumuna Azərbaycan nümayəndə heyətinin dəvət edilməsinin məqsədəuyğun olduğunu da deyib.
Görüşdən məmnunluğunu ifadə edən K.H.Yahya Cholil Staquf Azərbaycanla İndoneziya arasında münasibətlərin daha da inkişaf etdirilməsi perspektivlərinin olduğunu bildirib.
NU sədri Balidə keçiriləcək R20 Dinlərarası Forumunda Azərbaycan nümayəndə heyətinin iştirakı barədə təklifi müsbət qarşıladığını vurğulayıb.
Məlumat üçün qeyd edək ki, NU-nun əsası 1920-cı il yanvarın 31-də Surabaya şəhərində qoyulub. İlkin olaraq siyasi partiya kimi yaradılsa da, sonralar İslam ənənələrinin inkişafına xidmət edən təşkilata çevrilib. 2019-cu ilin məlumatlarına görə, təşkilatın 108 milyondan çox üzvü var. NU, eyni zamanda, İslam internat məktəblərini, orta məktəbləri, kollec və xəstəxanaları idarə edən və müsəlmanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək üçün icmalar təşkil edən xeyriyyə təşkilatıdır.
(azərtac)
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?


























.jpg)
.jpg)






