Region
Şoyqu: “Ukraynada nüvə silahından istifadəyə ehtiyac yoxdur”
Rusiya Ukraynada taktiki nüvə və ya kimyəvi silahdan istifadə etməyi planlaşdırmır, KİV-də bu cür planlar haqqında yayılan informasiyalar saxtadır.
Publika.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu fikri Beynəlxalq Təhlükəsizlik üzrə 10-cu Moskva Konfransında bildirib.
Onun sözlərinə görə, KİV-də xüsusi hərbi əməliyyat zamanı Rusiyanın taktiki nüvə silahından istifadə erməyə hazırlaşması və ya kimyəvi silahdan istifadə etməyə hazır olması ilə bağlı fərziyyələr yayılır. “Bütün bu fərziyyələr tamamilə yalandır”, - deyə o bildirib.
S.Şoyqu qeyd edib ki, hərbi nöqteyi-nəzərdən Ukraynada nüvə silahından istifadəyə ehtiyac yoxdur. “Rusiyanın nüvə silahlarının əsas təyinatı nüvə hücumundan çəkindirməkdir”, – deyən Şoyqu bu cür silahların istifadəsinin ictimaiyyət üçün açıq olan Rusiyanın rəhbər sənədlərində əksini tapmış fövqəladə hallarla məhdudlaşdığını vurğulayıb.
Səxavət
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO

















.jpg)

.jpg)
















.jpg)


