Region
“Zelenski bizdən xüsusi olaraq xahiş etdi ki...” - Türkiyə lideri
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Zaporojye atom elektrik stansiyası ətrafındakı vəziyyəti müzakirə etmək istədiyini bildirib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, bu, Ukrayna Prezidenti Vladimir Zelenskinin istəyidir.
“Zelenski bizdən xüsusi olaraq xahiş etdi ki, Rusiya AES ətrafındakı bütün minaları təmizləsin və vəziyyətin təhdidedici miqyasına görə bunu mümkün qədər tez etsin. Mən Lvovda deyəndə ki, biz “ikinci Çernobıl” istəmirik, mən bunu nəzərdə tuturdum. Mən bu məsələni hörmətli Vladimir Putinlə müzakirə etmək niyyətindəyəm. Rusiya sülhü təmin etmək üçün bu mühüm addımı atmalıdır”, – Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.
Dünən, avqustun 18-də Lvovda Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Zelenski və BMT-nin baş katibi Antoniu Quterreş arasında üçtərəfli danışıqlar keçirilib. İclasda Avropanın ən böyük AES-i olan Zaporojye AES ətrafında vəziyyət müzakirə olunub.
Zaporojye AES-in ərazisi yazdan bəri Rusiya ordusunun nəzarəti altındadır, zavodda ukraynalı mütəxəssislər çalışır. AES avqustun əvvəlindən atəşə məruz qalır.
Rusiya və Ukrayna stansiyanın atəşə tutulmasında bir-birini ittiham edir. Hərbi əməliyyatlar səbəbindən AES-də altı enerji blokundan biri dayandırılıb, daha ikisinin gücü azalıb. MAQATE rəhbərliyi vəziyyəti qiymətləndirmək üçün Rusiya, Ukrayna və BMT ilə nümayəndə heyətinin atom elektrik stansiyasına səfərini razılaşdırmağa çalışır. Rusiya Ukrayna hərbçilərinin stansiyada təxribat hazırladığını iddia edir. Ukrayna iddia edir ki, Rusiya hərbi texnikanı stansiyanın ərazisində cəmləşdirir.
Səxavət
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)