Region
Türkiyə II Elizabetin dəfn mərasiminə nə qədər gül göndərəcək? - FOTO
Kraliça II Elizabetin dəfn mərasimində istifadə edilmək üçün Türkiyədən Böyük Britaniyaya ən azı 1,5 milyon gül - əsasən də qərənfillər göndəriləcək.
Publika.az xəbər verir ki, bu barədə "Hürriyet" yazıb.
"Britaniyadan tələbatda ciddi artım var... Adətən bu dövrdə Britaniya bazarına hər həftə 600-700 min gül göndəririk, lakin Kraliça Elizabetin ölümü ilə cənazə dönəmində bu rəqəmin ən azı 1,5 milyona çatacağını təxmin edirik" - deyə Orta Anadolu Bəzək Bitkiləri və Məhsulları İxracatçıları Birliyinin rəhbəri İsmayıl Yılmaz bildirib.
O, ilk növbədə qərənfillərə tələbatın artdığına aydınlıq gətirib.
Çatdırılmanı sürətləndirmək üçün ənənəvi yük maşınları əvəzinə çiçəklər Britaniyaya hava yolu ilə çatdırılacaq.
Antalya Ticarət Birjası Assambleyasının üzvü Səlcuq Çələbi, "Birinci halda çatdırılma 7-8 gün çəkirsə, o zaman təyyarə ilə çiçəklər ertəsi gün ünvanında olacaq", - deyib.
Murad
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































