Region
Şimali Osetiyaya avtomobillərin girişi MƏHDUDLAŞDIRILDI
Ötən gündən etibarən, Rusiyanın digər regionlarından Şimali Osetiyaya avtomobillərin girişi məhdudlaşdırılıb. Məhdudlaşdırmanın səbəbləri isə hələlik açıqlanmır.
Publika.az xəbər verir ki, bu barədə “Ria Novosti” regional hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiyanın digər regionlarından avtomobillə Şimali Osetiyaya girişə qoyulan məhdudiyyət bölgədəki sanatoriya, pansionat və turizm bazalarına gedən və müvafiq sənədləri olan şəxslərə şamil edilmir.
Həmçinin qeyd olunur ki, bələdiyyə idarələrinə fövqəladə halların qarşısının alınması üçün operativ qərargahların yaradılması, o cümlədən insanların və nəqliyyatın toplaşdığı yerlərdə qida, tibbi xidmət və istirahət məntəqələrinin yaradılması tövsiyə olunub.
Tural Turan
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:1653 yaşlı türk aktrisa necə formada qaldığının sirrini açıqladı - Foto
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO



































