Region
Türkiyədə mədəndə GÜCLÜ PARTLAYIŞ: ölənlərin sayı artdı - FOTO/VİDEO - YENİLƏNDİ
Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 40 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.
O, yaralıların müalicəsinin davam etdiyini xatırladıb.
Nazirin sözlərinə görə, axtarış-xilasetmə tədbirləri davam edir.
xxx
08:17
Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.
Partlayış baş verəndə vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riski bölgələrdə yerləşib. Axtarış-xilasetmə işləri davam edir.
Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.
xxx
02:56
Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 25 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə vilayət rəhbərliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, 36 mədən işçisi dağıntılar altından çıxarılıb. Onlardan 25-i həyatını itirib, 6 mədənçi isə müalicə üçün İstanbula göndərilib.
xxx
01:29
Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 22 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, yaralılardan 8-nin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Nazir əlavə edib ki, iki təcili yardım təyyarəsi reanimasiya xəstələrindən birini Ankaraya, beşini isə Başakşehir Çam və Sakura Xəstəxanasının yanıq mərkəzinə aparıb.
Energetika və təbii sərvətlər naziri Fateh Dönməz məlumat verib ki, partlayış baş verən mədəndə havalandırma sistemi işləyir. Xilasedicilər mədən işçilərindən 49 nəfərin yerləşdiyi bölmələrə çatmağa çalışırlar. Mədəndə yanğın yoxdur. Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir.
xxx
00:27
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.
Onun sözlərinə görə, 21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.
Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir. Axtarış-xilasetmə işləri davam edir.
xxx
23:09
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində iki nəfər ölüb.
Publika.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, partlayış nəticəsində 20 nəfər yaralanıb.
Nazir əlavə edib ki, hadisə yerinə 31 təcili tibbi yardım avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.
xxx
22:13
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu Bartın vilayətində daş kömür mədənindəki partlayış baş verən əraziyə yola düşüblər.
Publika.az xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
xxx
21:39
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayışın dağıntıları altından 11 nəfər xilas edilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dağıntılar altında ümumilikdə 87 nəfər olub, onlardan 2-i yaralı halda çıxarılıb.
xxx
21:00
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.
Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir.
Bartın valisi Nurtaç Arslan, "Yer altında qalan işçilər var" - deyə açıqlama verib.
Amasra bələdiyyə başçısı Recai Çakır: "İçəridə 87 nəfər var idi. Onlardan 6-sı hərəkətsiz görünür. Təxliyə qrupları müdaxilə etməyə davam edir".
İHA-nın hadisə yerində olan müxbiri Yasin Erdem əldə etdiyi ilk məlumatı çatdırıb: "Partlayışla bağlı dəqiq məlumat verilmədi. 100-150 işçinin olduğu deyilir. Komandalar enəndə dəqiq məlumat əldə ediləcək. Ehtiyat tədbirləri görülür və tez enməsi gözlənilir. 350 metr yüksəklikdə partlayış baş verib. Transformator partlaması da ola bilər. Partlayışın şiddəti ilə bağlı hələ dəqiq məlumatımız yoxdur".
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO







































