Region
Türkiyə MN-dən QƏTİ QƏRAR: gəmilər limandan çıxmayacaq
Türkiyənin Milli Müdafiə Nazirliyi bazar günü Rusiyanın “taxıl müqaviləsi”ndə iştirakını dayandırmaq qərarı ilə bağlı bəyanat yayıb.
Publika.az bazar günü xəbər verir ki, bəyanatda rəsmi Moskvanın BMT-yə və Türkiyə hakimiyyətinə “taxıl təşəbbüsünün” “Sevastopoldakı hüccuma görə” müvəqqəti dayandırıldığı barədə məlumat verdiyi bildirilir.
Məlumata görə, İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin rusiyalı heyəti hələ də mərkəzdədir. "Hazırkı dövrdə Ukrayna limanlarından gəmilər çıxmayacaq. Bu gün və sabah İstanbul limanında taxıl gözləyən gəmilərə baxışın davam etdirilməsi planlaşdırılır", - deyə bəyanatda bildirilir.
Qeyd edilir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və digər rəsmilər problemin həlli və taxıl təşəbbüsünün fəaliyyətinin davam etdirilməsi üçün müvafiq tərəflərlə təmasdadırlar.
"Bu təmaslar zamanı bütün böhranların dialoq əsasında həll oluna biləcəyini sübut edən bu təşəbbüsün davam etdirilməsinin vacibliyi tərəflərin diqqətinə çatdırılır. Həmçinin mexanizmin davamlı fəaliyyətinə mənfi təsir göstərəcək hər hansı təxribatdan çəkinməyin vacibliyinə də işarə edilir", - deyə bəyanatda qeyd edilir.
Nazirlik Ankaranın regionda sülhün və humanitar yardıma çıxışın təmin edilməsinə töhfə verməyə davam edəcəyinə əmin edib.
Qeyd edilib ki, indiyədək İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin fəaliyyəti sayəsində Ukrayna limanlarından ehtiyacı olan ölkələrə 9,3 milyon ton taxıl uğurla göndərilib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)