Region
Bu ölkələr Türkiyəyə qarşı “müharibə” elan edib - Soylu AÇIQLADI
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəzi müttəfiqləri ölkədə sabitliyi pozmağa çalışmaqda və ötən il İstanbulun İstiqlal küçəsində törədilmiş terror aktı ilə bağlı məlumatları gizlətməkdə ittiham edib.
Publika.az xəbər verir ki, Soylunun sözlərinə görə, dost və müttəfiq kimi tanınan bəzi ölkələr Türkiyədə sabitliyi pozmağa hədəflənən mövqe tuturlar.
“Məgər bilmirik ki, sizin əl-ələ verdikləriniz İstiqlal küçəsinin arxasında dayanıblar. Təhlükəsizlik təşkilatımızın, kəşfiyyat bölmələrimizin ətrafında qaçdığınızı, “görəsən, bunu bizim silahlarımızla edibmi?” deyə soruşduğunuzu bilmirikmi? Onların kim olduğunu, bizə dost kimi baxdığını bilirik. İllərdir müttəfiqlərimiz bizi ilan kimi sancmağa çalışdılar”, - Soylu qeyd edib.
Nazir hesab edir ki, Türkiyə uğursuzluğa düçar olsa, o zaman onunla müstəmləkə kimi davranılacaq: “Bu gün Türkiyə uğurlu olduğu üçün müxtəlif hiylələrə qarışırlar. Bu qışa böyük ümidlər bəsləyirdilər.... Əgər bu qədər bilirdinizsə, PKK/PYD-nin İstiqlal küçəsindəki hücumunu niyə Türkiyəyə demədiniz?”
Bundan əvvəl İsveç, ABŞ, Belçika, İspaniya, İtaliya, Niderland, Böyük Britaniya, Fransa və Almaniyanın İstanbuldakı baş konsulluqları şəhərin mərkəzində terror aktları təhlükəsi səbəbindən ziyarətçi qəbulunu dayandırdıqlarını bildiriblər.
Türkiyəyə səyahət xəbərdarlığı edən və İstanbuldakı konsulluqlarını bağlayan 9 ölkənin səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirlərə bu yanaşmaların terror təşkilatının məkrli gündəminə xidmət etdiyi bildirilib.
“Bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyi beynəlxalq konvensiyalar əsasında təmin edilir. Bu cür sinxron fəaliyyətlər proporsional və ehtiyatlı yanaşma təşkil etmir. Bu cür yanaşmalar yalnız terror təşkilatlarının məkrli gündəminə xidmət edir. Dost və müttəfiq ölkələrdən gözlənti bizim təhlükəsizlik orqanları ilə əməkdaşlıq etməkdir”, – S.Soylu qeyd edib.
Türkiyənin daxili işlər naziri xarici dövlətlərin bu qərarını Ankaraya qarşı “psixoloji müharibə” adlandırıb.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
