Region
Türkiyədəki dəhşətli zəlzələdə “Super Ay” SİRRİ - FOTOLAR
Türkiyədə baş verən, Suriyada, İraqda, İsrail və Livanda da ciddi hiss olunan dəhşətli zəlzələ dünyanın əsas gündəmidir. Dünya həm də bu qədər dəhşətli zəlzələnin baş vermə səbəblərini anlamağa çalışır. “Süni zəlzələ” haqda konsprioloji iddialar səsləndirilsə də, mütəxəssislər daha çox Şərqi Anadolu qırılma xəttinə diqqət çəkir. Rusiyanın “Komsomolskaya pravda” nəşri isə məsələnin astroloji tərəflərini araşdırıb.
Publika.az xəbər verir ki, nəşr təxminən bir həftə öncə “Super Ay”ın görünməsinə diqqət çəkir.
Planetlə Ayın təbii obyekti arasında məsafə mütəmadi olaraq dəyişir – ya artır, ya azalır. Nəticədə gah perigeydə (Ay Yer kürəsinə 356,400 kilometr məsafədə olur), gah apogeydə (405,696 kilmetr məsafədə olur) olur. Bütöv Ayın Yerə qədər olan məsafəsi 362.000 kilometrdən az olduğu anı astroloqlar “Super Ay” adlandırır, 400.000 kilometrdən uzaqda olanda isə “Mikro Ay” deyilir. “Super Ay”ın görünən diski “Mikro Ay”ın diskindən 14 faiz böyük və 30 faiz daha parlaq olur. 5 fevral 2023-cü ildə “Super Ay” Yerə yaxın məsafədə idi. Ay Yer kürəsinə yaxınlaşdığı vaxtlarda təbii fəlakətlərin – zəlzələ, vulkan, sunami və s. – yaşandığı fikri qəbul edilir. Bu, əks halda, yəni Yerdən uzaqlaşdığı vaxt da yaşana bilər.
Seysmoloqlar bunu belə izah edir: Yerin yuxarı hissəsi böyük və kiçik litosfer təqəbəsindən formalaşan heterojendir. Yer qabığını təşkil edən bu əsas bloklar üzərində olan hər şeylə birlikdə daim hərəkət edir. Ay yaxınlaşanda Yerə daha güclü şəkildə təsir edir, deformasiya və gərginlk proseslərini şiddətləndirir.
Türkiyədəki zəlzələnin əas mənbəyi Şərqi Anadolu qırılma xəttidir, lakin heç kim bu qədər dağıntı olacağını gözləmirdi. Burada “Super Ay”ın təsiri istisna deyil. Satistikaya görə, Ay Yerə yaxınlaşanda bəşəriyyəti iki həftə ərzində - “Super” olmamışdan (ən yaxın olduğu məsafə) bir həftə əvvəl və bir həftə sonra – gərgin və müəmmalı vəziyyətdə saxlayır. Bunun nümunələri də var.
- 2004-cü də Cənub-Şərqi Asiyada baş vermiş zəlzələ, ardınca dəhşətli sunami “Super Ay” görünməmişdən əvvəl olub;
- 2011-ci ildə Yaponiyada Fukusima AES-in zərər görməsinə səbəb olan zəlzələ “Super Ay”ın səmada görünməsi ilə üst-üstə düşüb;
Türkiyədə baş verən zəlzələ, daha doğrusu, bu qədər dəhşətli olmasının sirri “Super Ay”la bağlı ola bilər. Araşdırmalara görə, bu zəlzələ Ayın “Super” olmasından sonra Yer kürəsindən uzaqlşma vaxtına düşüb.
Asif
-
İdman20:12Hakimin nübahisəli qərarı kütləvi davaya səbəb oldu - VİDEO
-
Sosial20:00Saytların çökməsinə səbəb olan texniki nasazlıq aradan qaldırıldı - YENİLƏNDİ
-
İKT19:12Bakıda bəzi parkinqlərdə ödəmə sistemi ÇÖKDÜ - VİDEO
-
Sosial16:28Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 14:55Prezident tələb etdi: Milli Məclis toplanır
-
Sosial14:43Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
-
Region13:22İran vətəndaşlarının yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - VİDEO
-
İdman13:168 yaşlı uşaq Arda Turana belə dərs verib: Mənə dedi ki...



































