Region
Türkiyədəki zəlzələnin şok təfərrüatı - belə baş verib: ABŞ gəmisi bölgəyə gəlib və...
Türkiyədə baş verən zəlzələlərdən sonra HAARP iddiası yenidən müzakirə olunmağa başlayıb.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı danışan məşhur araşdırmaçı Haluk Özdil diqqətçəkən detalları açıqlayıb.
"Ötən günlərdə Kağıthanedə 3,1 bal gücündə zəlzələ baş verib. Əslində bütün zəlzələ alimləri bölgədə qırılma xəttinin olmadığını və zəlzələnin təbii olmadığını yazmışdılar. İndi biz illərdir HAARP haqqında danışırıq. Bunlardan danışdıqca, bizi sui-qəsd nəzəriyyələri yaratmaqda ittiham edirlər. Fəlakətdən 3 gün əvvəl Frank Huqerbits Türkiyədə zəlzələ olacağını bilirdi. ABŞ gəmisi bölgəyə gəlir. Sonra Kağıthanedə qəribə bir zəlzələ baş verir. Daha sonra zəlzələ mütəxəssisi Ahmet Ercan "ürkütücü zəlzələ" şərhini verir. Bu qırılma xəttini kim oyatdı?".

Özdilin sözlərinə görə, bu o deməkdir ki, həmin qırılma xəttini aktivləşdirən tezlik və ya enerji göndərilib və bu fəlakət baş verib:
"Analoji hadisə 99-cu ildəki zəlzələdə də baş verib. Əraziyə ABŞ gəmisi gəlib və zəlzələ baş verib. Keçən illərdə üzəri bombalı gəmi Egey dənizində lövbər salmışdı. İzmir də daxil olmaqla Egey dənizinin hər yerində yüzlərlə zəlzələ baş verib. Kahramanmaraşda dəhşətli şəkildə gözlənilməz zəlzələ baş verib. Hər bir ABŞ gəmisinin bu hadisələrdə ətrafımızda olması həqiqətən heyrətləndiricidir".

Araşdırmaçı qeyd edib ki, HAARP-ın ən böyük xüsusiyyəti təbii hadisələr yaratmasıdır. Onun sözlərinə görə, bu vasitə yığılmış enerji ilə qırılma xətlərini aktivləşdirmək xüsusiyyətinə malikdir:
"Bu gün ekranlarda geofizik kimi danışanların bunların təbii olduğunu iddia etmələrinin əsas səbəbi budur. Bu adamların HAARP-ın varlığından xəbərləri yoxdur. Mən üç misal verdim. İstanbul zəlzələsindən sonra Kağıthanedə baş verən zəlzələ, ardından İzmir zəlzələsi, daha sonra boğaza gələn ABŞ bayraqlı gəmi heyrət doğurur. Bu gün Maraş zəlzələsinin arxasında duranları bilmək lazımdır. Bir müddət əvvəl Kubada maraqlı hadisə baş verib. Kubada baş verən zəlzələlərdən sonra ölkə hökuməti hadisələrin ABŞ-ın HAARP gəmisi tərəfindən törədildiyini iddia edib. Amma nəticə əldə etməyiblər. Kahramanmaraşda sürpriz olan güclü zəlzələni kimsə tətiklədi? Böyük zəlzələlər olmadan öncə böyük zəlzələlərdən yaşanır. Burada onlar yox idi. Bir anda partladı. Bu, minlərlə insana təsir edib. Böyük can itkisi ehtimalı var. Allah köməyimiz olsun".
Akqabay
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi

































.jpg)


