Region
Türkiyədə dağıdıcı ZƏLZƏLƏ: 6 nəfər öldü, yüzlərlə yaralı var - VİDEO/YENİLƏNDİ
Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
Publika.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Qeyd olunub ki, baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti isə ağırdır.
Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Hatay vilayətində baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insanın xəsarət aldığını, 18 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
Xatırladaq ki, Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub.
xxx
00:30
Türkiyədə baş verən yeni zəlzələlər nəticəsində üç nəfər həlak olub.
Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 213 nəfər yaralanıb: “Hazırda axtarış-xilasetmə qruplarımız tam sürətlə digər xəbərlərə getməyə çalışırlar. Bu gün axşam saatlarında riskli binalara girməmək barədə xəbərdarlıq etmişik. Bu son dərəcə risklidir. Zəlzələlər davam edir. Heç bir qiymətləndirmə olmadan həmin binalara girmək fəlakətlərə səbəb ola bilər”.
xxx
23:12 - 21.02.23
Türkiyənin cənub-şərqində baş verən iki zəlzələ nəticəsində bir nəfər ölüb, azı 8 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, bunu vitse-prezidenti Fuat Oktay Ankarada jurnalistlərə açıqlamasında deyib.
F.Oqtay onu da vurğulayıb ki, hazırda Türkiyənin Aralıq dənizi sahillərində sunami təhlükəsi yoxdur.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.
Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.
xxx
Türkiyənin Hatay şəhərində ard-arda iki dəfə 5.2 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, təkanlar yerli vaxtla saat 20:24 radələrində qeydə alınıb.
Zəlzələnin episentri 6.93 km yerin dərinliyində, Samandağ rayonunda yerləşib.
xxx
Türkiyənin Hatay vilayətində baş verən zəlzələlərdən sonra yaşayış binaları dağılıb, dağıntılar altında qalanlar var.
Publika.az xəbər verir ki, bu barədə Hatay bələdiyyə başçısı Lütfü Savaş NTV telekanalının efirində deyib.
"Deyəsən, Defnedəki binalara ciddi ziyan dəyib. İnşallah, bu sonuncu olacaq. Dağıntılar altında qalanlar da var. Ümid edirəm ki, daha az itki ilə sovuşacağıq", - bələdiyyə rəhbəri qeyd edib.
xxx
21:17
Türkiyənin Hatay şəhərində güclü zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 20:04 radələrində 6,4 bal gücündə təkan qeydə alınıb.
Zəlzələnin episentri 16,74 km yerin dərinliyində, Defne rayonunda yerləşib.
Bunun ardınca 20:07 radələrində Samandağ rayonunda 5,8 maqnitudada daha bir zəlzələ baş verib.
Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.
Zəlzələnin Adanada da hiss olunduğu deyilir.
Hüseyn İbadlı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu
-
İdman11:31Qvardiola Mançesterdəki restoranını bağladı - FOTOLAR



























