Region
Fuat Oktay: "Dağıntılar və insan itkisi ilə bağlı dəqiqləşdirmələr aparılır"
Türkiyənin Hatay vilayətində iki güclü zəlzələ nəticəsində dağıntılar və insan itkisi ilə bağlı dəqiqləşdirmələr aparılır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
"Hatayda baş verən zəlzələlərlə bağlı araşdırmalarımız davam edir. Bölgədəki vətəndaşlarımızdan xarab olan binalardan uzaq durmaları və qruplarımızın xəbərdarlıqlarına həssaslıqla əməl etmələri xahiş olunur", - F.Oktay deyib.
AFAD da vətəndaşları dəniz səviyyəsinin 50 santimetrə qədər qalxma riskinə qarşı sahil zolağından uzaq durmağa çağırıb.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.
Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib. ("Report")
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...












.jpg)




















.jpg)
.jpg)

