Region
Rusiyanın nəhəng şirkəti Avropadakı biznesini 1 avroya satdı
Rusiyanın "Segezha" holdinqi kağız qablaşdırma istehsalı üzrə Avropa biznesini 1 avroya satmaq üçün müqavilə bağlayıb.
Publika.az xəbər verir ki, bu barədə qrupun prezidenti Mixail Şamolin bildirib.
Bu, 7 fabriki idarə edən “Segezha Packaging”in bölməsidir.
Şamolin qeyd edib ki, sövdələşmə başa çatdıqdan sonra sözügedən şirkətin “Segezha Selüloz” və Kağız Fabrikinə 100 milyon avro məbləğində borcu var. Və bu borcu biznesin alıcıları öz üzərinə götürüb.
Şamolinin sözlərinə görə, müəssisəni “işlək vəziyyətdə” saxlamaq üçün onu satmaq yeganə yoldur.
Rusiya ağac məhsullarının tədarükünə embarqo tətbiq edildikdən sonra "Segezha Packaging" zavodları xammal qəbulunu dayandırmağa məcbur olub. Rusiyadan gələn tədarükləri avropalı təchizatçıların materialları ilə əvəz etmək mümkün olmayıb. Onlar Rusiya qrupu ilə əlaqəsi olduğuna görə, şirkətlə əməkdaşlıqdan imtina ediblər.
Qeyd edək ki, “Segezha Group” Almaniya, İtaliya, Hollandiya, Danimarka, Türkiyə, Çexiya və Rumıniyada fabriklərə sahib idi. Onlar birlikdə ildə 700 milyon kağız torba istehsal edirdilər.
Ayşən
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
