Region
Türkiyədə 86 il sonra bir İLK
2026-cı ildə Türkiyədə əhalinin tərkibində kişi və qadınların nisbəti 86 ildən sonra ilk dəfə zərif cinsin xeyrinə dəyişəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsinin (TSİ) iyulun 31-də, çərşənbə günü açıqlanan demoqrafik proqnozunda deyilir.
TSİ xatırladıb ki, 2023-cü ilin sonuna olan məlumata görə, Türkiyə əhalisi 85 milyon 372 min 377 nəfərdir, onların 42 milyon 734 min 71 nəfəri kişilər, 42 milyon 638 min 306-sı qadınlardır.
Ekspertlərin hesablamalarına görə, 2026-cı ildə Türkiyədə 86 milyon 654 minə yaxın insan yaşayacaq, üstəlik qadınların sayı kişilərin sayını bir qədər də üstələyəcək.
Eyni zamanda, 2075-ci ilə qədər Türkiyədə qadınların sayı kişilərin sayını artıq 1,5 milyon nəfər üstələyəcək və bu tendensiya ən azı XXII əsrin əvvəlinə qədər davam edəcək. TSİ hesab edir ki, 2050-ci ildən sonra ölkə əhalisinin sayı tədricən azalmağa başlayacaq.
-
İKT18:48"WhatsApp" bu funksiyadan imtina edir
-
Köşə17:10“Bu zirvə Everestdən daha böyükdür” - Cəbrayılda dərs deyən müəllim
-
Sosial16:23Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
-
İqtisadi gündəm15:53Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
-
Magazin114:40Qalmaqal Faiq Ağayevin toyunda başladı - Nazpəri Dostəliyeva
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır































.png)

.jpg)





