Region
Paşinyanın adamı ermənilərə vəd verdi: Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq
Ermənistanda heç kim çevriliş edə bilməz. Bunu yadda saxlayın.
Publika.az xəbər verir ki, bunu iyulun 8-də Ermənistan Milli Assambleyanın növbədənkənar iclasında “Ermənistan” müxalifət blokundan olan deputat Artur Sarkisyana qarşı ictimai cinayət təqibinin başlanmasına razılıq verilməsi təklifinin müzakirəsi zamanı hakim “Mülki Müqavilə” partiyasının üzvü Xaçatur Sukiasyan deyib.
Onun sözlərinə görə, Ermənistanda mövcud qurumlar nəhayət ki, fəaliyyətə başlayıb.
"Təbii ki, müəyyən çətinliklər yaradan müəyyən bürokratiya var. Lakin müasir iqtisadiyyat tədricən də olsa, şübhəsiz ki, yaxınlaşır. İqtisadiyyat inkişaf edir və rəqəmsallaşır. Beləliklə, bu bürokratiya tezliklə xeyli azalacaq və Ermənistan inkişaf etməyə başlayacaq. Hörmətli vətəndaşlar, əmin olun, Ermənistan inkişaf etməyə davam edəcək. Onun regionda çox yaxşı münasibətləri olacaq, Ermənistanın öz qonşuları ilə münasibətləri yaxşılaşacaq. Onlar özlərini təhlükəsiz hiss edəcəklər, həm də xalq əldə edəcəyi puldan həzz alacaq, firavan yaşayacaq”, - deyə Sukiasyan əmin edib.
Tural
-
Avropa14:07Fransada gərginlik pik həddə: Tarixi binalar da məhv edilir - VİDEO
-
Nəqliyyat13:37Hava limanında həyəcanlı anlar: Təyyarənin enişdə təkəri partladı - FOTO
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı
-
Digər11:56Maşın zəvvarlara çırpıldı - 15 ölü 40 yaralı var
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ




































