Region
Qara dənizdə gəminin vurulma anı - VİDEO
Türkiyədə - Kocaelinin Kandıra rayonunun Kefken sahillərində dünən zərbə aldığı bildirilən xarici gəminin görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, gəminin vurulduğu an dron kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.
Hadisədən sonra gəminin vurulma anını göstərən görüntülər yayımlanıb. Dronun qeydə aldığı kadrlarda zərbə anında alovların yüksəldiyi və qalın tüstü buludlarının səmanı bürüdüyü aydın görünür.
Qeyd edək ki, dünən Qara dənizdə hərəkətdə olan xarici gəmi kim tərəfindən həyata keçirildiyi hələ müəyyən edilməyən hücum nəticəsində vurulub. Zərbədən sonra gəmidə yanğın baş verib. Sahildən təxminən 30 mil uzaqlıqda olan gəmiyə Sahil Təhlükəsizliyi, Sahil Mühafizəsi, UMKE (Milli Tibbi Xilasetmə Qrupu) və tibbi yardım qrupları cəlb edilib. Komandaların sürətli müdaxiləsi nəticəsində göyərtədəki 25 heyət üzvü təhlükəsiz şəkildə təxliyə olunub.
Qara dənizdə eyni gün iki ayrı tankerdə baş verən partlayış və yanğınlardan sonra Rusiya mediası partlayışların “xarici təsir” nəticəsində yaşandığını iddia edib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, partlayışların xarici müdaxilə nəticəsində baş verdiyi ehtimal olunur:
“Bu, mina və ya pilotsuz dəniz vasitəsi ilə həyata keçirilmiş hücum ola bilər”. (“Qafqazinfo”)
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü
-
İdman16 May 21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı


















.jpg)














.jpg)



