Region
Türkiyədə SİLAHLI TOQQUŞMA - Çox sayda yaralı var
Adananən Seyhan rayonunun Barış məhəlləsindəki kişi salonunda bir-birinə düşmən olan iki qrup arasında silahlı qarşıdurma baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Velev" məlumat yayıb.
Bildirilib ki, mübahisə böyüdükdən sonra tərəflər bir-birlərinə tapança ilə atəş açıblar. Atışma salon xaricində də davam edib.
Atəş səslərini eşidənlərin məlumatı əsasında hadisə yerinə polis və təcili yardım briqadaları cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına aparılıblar.
Atışma nəticəsində 7 nəfər E.B. (24), A.B. (37), A.D. (40), F.E. (50), A.D. (44), Z.D. və O.B. yaralanıb. Onlardan 3-nün - E.B., A.D. və A.D.-nin vəziyyəti ağırdır. Digərlərinin isə həyati təhlükəsinin olmadığı bildirilib.
Faktla bağlı araşdırma başladılıb.
Hüseyn İbadlı
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər


































