Region
Türkiyə hücumlardan narahatdır - Qara dənizdə ciddi risklər yaranıb
Türkiyə Qara dənizdə insan həyatı, gəmiçilik və ətraf mühit üçün təhlükə yaradan iki tankerə edilən hücumlardan narahatdır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli "X" sosial media platformasında məlumat verib.
"Bizim eksklüziv iqtisadi zonamızda baş verən bu hadisələr bölgədəki naviqasiya, insan həyatı, əmlak və ətraf mühitin təhlükəsizliyi üçün ciddi risklər yaratdı", - o yazıb.
Noyabrın 28-də Türkiyənin Nəqliyyat Nazirliyi Novorossiysk istiqamətində hərəkət edən Qambiya bayrağı altında "Virat" və "Kairos" tankerlərində yanğınlar baş verdiyini bildirib.
"Virat" Türkiyə sahillərindən təxminən 35 dəniz mili aralıda vurulub. Gəmidə 20 ekipaj üzvü olub, hamısının vəziyyəti qənaətbəxşdir. Gəminin kapitanı gəmiyə PUA-nın hücumu barədə məlumat verib.
Bu arada Misirdən yola düşən "Kairos" tankeri dəniz minasına düşmüş ola bilər.
Hüseyn İbadllı
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər


































