Region
Erməni general beynəlxalq axtarışa verildi
Ermənistan Baş Prokurorluğu istefada olan general-mayor Qriqori Xaçaturov barəsində cinayət işinin açıldığını və onun beynəlxalq axtarışa verildiyini təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Bildirilir ki, 3-cü Ordu Korpusunun keçmiş komandiri Qriqori Xaçaturov müharibə zamanı rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, nəticədə insan ölümünə səbəb olmaqda ittiham olunur.
Hələlik digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, birinci instansiya məhkəməsi müstəntiqin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin etməyib və prokurorluq bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
Artıq Xaçaturovun barəsində “vəzifə mövqeyindən istifadə edərək cinayət yolu ilə əldə edilmiş daşınmaz əmlakın xüsusilə külli miqdarda leqallaşdırılması” maddəsi ilə cinayət işi açılıb.
Adəm
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər


































