Region
Aİ Ermənistanın Təhlükəsizliyini Türkiyə vasitəsilə həll edəcək: Proses başlayıb
Avropa İttifaqı Ermənistanın enerji təhlükəsizliyini və diversifikasiyasını gücləndirmək üçün 500 milyon avro sərmayə qoyur.
Publika.az xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə ali komissarı Marta Kos Brüsseldə bir qrup erməni jurnalistlə görüşündə bildirib.
Bir neçə gün əvvəl Özbəkistanın paytaxtı Daşkənddə Ermənistana enerji infrastrukturunun yaxşılaşdırılması, enerji təhlükəsizliyinin və diversifikasiyasının gücləndirilməsi, xarici oyunçulardan asılılığın azaldılması üçün Qafqaz Elektrik Ötürmə Şəbəkəsi layihəsi vasitəsilə dəstək verilməsini nəzərdə tutan sənəd imzalanıb. Avropa İttifaqı bu layihədə Almaniyanın KfW inkişaf bankı ilə əməkdaşlıq edir.
"Daşkənddə biz 500 milyon avroluq layihə ilə bağlı sənəd imzaladıq. Bu, sizin enerji şəbəkənizi Gürcüstanla birləşdirmək üçün 500 milyon avroluq sərmayədir və biz artıq Ermənistan-Türkiyə enerji şəbəkəsi üzərində işləyirik. Nə üçün? Beləliklə, siz getdikcə Rusiya enerjisindən daha az asılı olacaqsınız. Və bu, bilirsiniz ki, bizim Moldova təcrübəmiz və Ukrayna üçün xüsusi enerji proqramımızdan irəli gəlir. Məsələn, 2022-ci ildə müharibə başlayanda Avropa qazın 60%-ni, kömürün 50%-ni və məncə, neftin 40%-ni Rusiyadan idxal edirdi”, - komissar bildirib.
O əlavə edib ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyandan ümumi əlaqənin təmin edilməsi kontekstində prioritet proqramların siyahısını təqdim etməyi xahiş edib.
Marta Kos həmçinin qarşılıqlı əlaqə ilə bağlı proqramların həyata keçirilməsi üçün Nəqliyyat və Rabitə Nazirliyinin potensialının gücləndirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
“Qafqaz Elektrik Ötürmə Şəbəkəsi” layihəsinin məqsədi Ermənistan və Gürcüstanın elektrik şəbəkələrinin sinxronlaşdırılması yolu ilə Cənubi Qafqazda etibarlı, çevik və qarşılıqlı faydalı transsərhəd enerji mübadiləsini təmin etməkdir”, - Kos əlavə edib.
Tural
-
İqtisadi gündəm20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir


















.jpg)




















