Region
Tramp Zelenskiyə əraziləri vermək və təslim olmaq üçün təzyiqi artırır - YENİ PLAN
ABŞ prezidenti Donald Tramp “sülh planı” çərçivəsində ərazi və digər güzəştlərə razılıq verməsi üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiqləri artırır.
Publika.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, həftələrlə davam edən gərgin danışıqlardan sonra Kiyev hələ də Vaşinqtonun hazırladığı planın bəzi aspektlərinin Moskva üçün faydalı olduğuna inanır və Trampın Zelenskiyə Putindən daha çox təzyiq göstərdiyini düşünür. Amerikalı rəsmilər isə bunu təkzib edir, bildirirlər ki, Tramp tələblərini yumşaltması üçün Putinə də təzyiq edir.
Ukrayna rəsmisi nəşrə bildirib ki, ABŞ-ın Kiyevə təqdim etdiyi təkliflər Trampın nümayəndələrinin – Stiv Uitkoff və Jared Kuşnerin ötən həftə Kremldə Putinlə 5 saatlıq görüş keçirməsindən sonra pisləşib.
“Uitkoff və Kuşner şənbə günü iki saatlıq telefon danışığı zamanı Zelenskidən açıq-aşkar plana “bəli” deməsini istəyiblər. Belə görünürdü ki, ABŞ bizi müxtəlif yollarla Rusiyanın bütün Donbası ələ keçirmək istəyinə inandırmağa çalışır və Zelenskidən razılıq verməsini tələb edir”, - ukraynalı rəsmi nəşrə deyib.
ABŞ və Ukayna rəsmiləri bildiriblər ki, Zelenski Uitkoff və Kuşnerlə telefon danışığı zamanı Vaşinqtonun təklifini cəmi bir saat əvvəl aldığını və hələ də oxumadığını bildirib. Amerikalı rəsmi bunun təəccüblü olduğunu deyib, çünki Vaşinqtonun yenilənmiş təklifi Kiyevə bir gün öncə təqdim olunubmuş. Ukrayna tərəfi isə qeyd edir ki, bəzi sənədlər bir gün əvvəl təqdim edilsə də, digərləri telefon zəngindən az öncə verilib. Baş verənlər Vaşinqton və Kiyev arasında diplomatik gərginliyin olduğunu göstərir.
Ukrayna rəsmisi nəşrə bildirib ki, ABŞ-ın son təklifi ərazilər və Jeleznodorojnı AES-ə nəzarət kimi məsələlərdə əvvəlki versiyalardan daha sərt şərtləri ehtiva edir, həmçinin, təhlükəsizlik zəmanətləri ilə bağlı suallara cavab vermir. ABŞ Zelenskinin telefon söhbətində şərtləri qəbul edəcəyini gözləyirmiş.
Amerikalı rəsmi bildirir ki, son təkliflər Ukraynanın istəklərini əhəmiyyətli dərəcədə əhatə edir və Kuşnerlə Uitkoff bunların qəbul edilməsi üçün Putinə təzyiq göstəriblər.
Ukrayna vəziyyəti dəyişmək və ABŞ-ın təzyiqlərinə qarşı müqavimət göstərə bilmək üçün Avropa liderləri ilə məsləhətləşmələr aparır. Bu vəziyyət ABŞ-da narazılıq yaradıb. Amerikalı rəsmilər avropalıları sülh prosesini tormozlamaqda ittiham edirlər.
Asif
-
Dünya12:47Trampdan geri addım: Si Cinpinə məlumat verdi ki...
-
İqtisadi gündəm12:12Azərbaycanda siqaretin qiyməti bahalaşacaq
-
Dünya11:30Netanyahu "qan-qan" deyir: Çıxmayacağıq!
-
İdman11:18“Qarabağ” üçün əsl fürsət: Həm tarix yazmaq, həm də revanş şansı
-
Dünya10:42Orban Ərdoğandan bu zəmanəti aldı: Kritik Rusiya amili
-
Sosial10:15Güllələnmiş meyiti tapılan Nicat bu şəxsin oğlu imiş - FOTO
-
MDB09:30Rusiya Xəzər dənizi üzərində 8 PUA vurdu
-
İdman09:12Vernidub "Neftçi"də bu qədər maaş alacaq - Fantastik məbləğ






.jpg)







.jpg)




.jpg)










.jpg)







