Region
Ukraynada Kadırovun dəstəsi ilə rus əsgərləri arasında toqquşma - FOTO
Ukraynada işğalçı müharibə aparan Rusiya ordusu daxilində qarşıdurmalar davam edir.
Publika.az xəbər verir ki, MMA döyüşçüsü Maksim Divniçlə Çeçenistanın rəhbəri Ramzan Kadırova bağlı “Axmat” qüvvələri arasında iyulda baş verən qarşıdurma səngiməyib.
Divniç Luqanskda hovuzda baş verən insidentin videosunu yayıb və “Axmat”ın üzvlərinin qadınlara sataşdığını gündəmə gətirib. Bundan sonra “Axmat”ın komandiri Apta Alaudinovla söz dueli başlanıb. “Axmat” döyüşçüləri yayılan videoya görə MMA döyüşçüsünü təhdid edib.
Rusiya ordusunun digər qrupları Divniçi müdafiə edən videomüraciət yayıb. Divniçin də yer aldığı videoda döyüşçülər Maksimin tək olmadığını, onlarla birlikdə döyüşdüyünü bəyan ediblər. Bu müraciətin “Axmat” qruplaşmasına mesaj olduğu aydın görünür.
Bununla yanaşı, Rusiyanın hərbi xəbərlər üzrə ixtisaslaşmış Teleqram kanalları da Divniçin müdafiəsinə qoşulub. Baş verənlər “Axmat”la digər qruplar arasında ciddi qarşıdurmanın olmasından xəbər verir.
Asif
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)





















.jpg)

.jpg)